Elçin Zeynalov: “Biz idmançılarımızdan həmişə yüksək nəticələr gözləyirik”
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov, Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak və Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Bejan Xurtsidze "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində mətbuat konfransı keçiriblər. SİA-nın Mingəçevirə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, AMAF prezidenti Elçin Zeynalov "Kür" Təlim-Tədris Mərkəzinin yenidən tikilişindən sonra sabah burada Mingəçevir reqatasının start götürəcəyinə görə sevindiyini qeyd edib. O, "Kür" Təlim-Tədris Mərkəzinin açılışında prezident İlham Əliyevin iştirak etdiyini, dövlət başçısının bu mərkəz haqqında öz fikrilərini bildirdiyini, Azərbaycanda avrçəkmənin inkişafını qeyd etdiyini bildirib. E.Zeynalov sabah start veriləcək "Mingəçevir reqatası-2010" yarışında Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyadan olan idmançıların mübarizə aparacağını vurğulayıb. Federasiya prezidenti qonaqların yarışa güclü heyətlə qatılacağını, reqatada yüksək rəqabətin olacağını diqqətə çatdırıb.
E.Zeynalov Azərbaycan kaoeçilərinin möhtəşəm beynəlxalq yarışlarda ötən il 1, 2, 3-cü, bu il isə Avropa çempionatında 1-ci, dünya çempionatında 2-ci yer tutduqlarını, bunlara baxmayaraq rəqiblərin də çox güclü olduqlarını qeyd edib. "Biz idmançılarımızdan həmişə yüksək nəticələr gözləyirik", - deyə o əlavə edib.
Daha sonra çıxış edən Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak "Kür" Təlim-Tədris Mərkəzini burada olanlardan yaxşı tanıdığını, vaxtilə burada yaxşı idmançılar yetişdiyini qeyd edib. O, SSRİ yığmasının burda təlim-məşq toplanışları keçdiyini vurğulayıb. "Yeni baza ən müasir tələblərə cavab verir. Biz hər zaman təlim-məşq toplanışlarımızı Mingəçevirdə keçirəcəyik. Burda ilin hər vaxtında məşq etmək olur. Avropada pis hava şəraitindən bezmişik", - deyə qonaq bildirib.
Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Bejan Xurtsidze isə bir zamanlar burada məşq edən SSRİ millisinin göstərdiyi yüksək nəticələrin məhz "Kür" Təlim-Tədris Mərkəzinin adına yazıldığını deyib. O, bu bazada yaxşı idmançılar yetişdiriləcəyinə əmin olduğunu bildirib: "Burada bunun üçün hər bir şərait var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB