"Las Palmas"ın futbolçusu Emmanuel Emenike yuxusu gəldiyi üçün məşqi yarımçıq tərk edib. SİA-nın məlumatına görə, 31 yaşlı hücumçu "yuxum gəlir, məşqə davam etmək istəmirəm" deyərək məşqdən ayrılıb. Nigeriyalı forvard baş məşqçi Pako Xemesin hansı cavabı verəcəyini gözləməyib. Klub rəhbərliyinin oyunçuya ağır cəza verəcəyi gözlənilir.
Qeyd edək ki, Emmanuel Emenike müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsusdur. O, 2013-2017-ci illər ərzində Türkiyənin "Fənərbaxça" klubunda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB