“Mingəçevir reqatası-2010”un açılış mərasimi keçirildi – SON DƏQİQƏ
Bu gün Mingəçevir şəhərindəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə "Mingəçevir reqatası-
Mərasimdə çıxış edən Elçin Zeynalov "Kür" Olimpiya Təlim-Tədris Mərkəzinin açılışında prezident İlham Əliyevin iştirak etdiyini, mərkəzdə idmançılar üçün hər cür şəraitin yaradıldığını qeyd edib. O, Azərbaycanda avarçəkməyə göstərilən diqqət və qayğıdan danışıb. Fedrasiya prezidenti
Daha sonra çıxış edən yarışın baş hakimi Mixail Siyabro, AMAF-ın baş katibi Sərdar Mirzəyev Təlim-Tədris bazasının Avropanın ən yaxşılarından olduğunu, yarışların yüksək şəraitdə keçiriləcəyini vurğulayıblar.
Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarış açıq elan olunub.
Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak Elçin Zeynalova, Bejan Xurtsidzeyə və digər bir neçə nəfərə Rusiyanın avarçəkmənin 150 illiyi münasibəti ilə döş nişanı təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB