UEFA "Atletiko"nun şikayətini rədd edib

UEFA "Atletiko"nun şikayətini rədd edib

UEFA İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzasının ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib. Qurumun saytında yer alan xəbərə görə, argentinalı mütəxəssisin cəzası qüvvədə qalıb. Beləliklə, D.Simeonenin Avropa Liqasının finalında "Marsel"lə görüşdə texniki zonada olmayacağı rəsmiləşib.

Qeyd edək ki, D.Simeone Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə