Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol turnirinin ikinci günündə növbəti oyunlar keçirilib. SİA-nın məlumatına görə, ölkə çempionu “Bakı” ilə “Batumi”nin görüşü daha böyük maraqla gözlənilirdi. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 42:40 hesabı ilə qonaqların xeyrinə nəticələnib. Digər təmsilçimiz “Məhsul” isə Gürcüstanın U-20 komandasını məğlubiyyətə uğradıb - 30:26.
Xatırladaq ki, turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə başa çatmışdı. “Bakı” Gürcüstanın U-20 komandasına 36:34, “Məhsul” isə “Batumi”yə 37:28 hesabı ilə qalib gəlmişdi.
Xatirə turnirinə bu gün yekun vurulacaq. Yarışın sonuncu günü “Batumi” kollektivi Gürcüstanın U-20 komandası ilə, “Bakı” həndbolçuları isə “Məhsul”la üz-üzə gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB