Topaz Premyer Liqasında komanda sayı artırılmayacaq

Topaz Premyer Liqasında komanda sayı artırılmayacaq

Topaz Premyer Liqasında növbəti mövsümdə komanda sayı artırılmayacaq. SİA-nın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə açıqlama verib.

O, İcraiyyə Komitəsinin birinci divizion təmsilçilərindən ancaq "Sabah"ın sənədlərini məqbul saydığını deyib: "Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək. Bu isə sabahkı iclasda bəlli olacaq".

Xatırladaq ki, I Divizionun qalibi "Xəzər" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə