AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilir. SİA-nın məlumatına görə, assosiasiyanın inzibati binasında təşkil edilən tədbir saat 10:00-da başlayıb.

İclasda Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflər müzakirə edilir.

Sonra Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limitə yenidən baxılacaq.

Bundan başqa, lisenziyalaşdırma prosesi və digər məsələlər də gündəlikdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə