"Neftçi" futbol klubunun yarımmüdafiəçisi Flavio Aleks Valensio oktyabrın yekunlarına görə, "Ayın futbolçusu" seçilib. SİA-nın məlumatına görə, "Ayın futbolçusu" Unibankın təşəbbüsü ilə futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında Peşəkar Futbol Liqası (PFL) tərəfindən keçirilən sorğuya əsasən bəlli olub.
Flavio Aleks Valensio keçirilən sorğuda birinci seçilməsindən qürur duyduğunu və ona göstərilən etimada görə, KİV nümayəndələrinə və futbol klublarına təşəkkürünü bildirib.
Qeyd edək ki, sorğuda liqanın 11 peşəkar futbol klubu və 34 kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Flavio Aleks Valensioya PFL tərəfindən hədiyyələr, Unibank tərəfindən isə pul mükafatı təqdim olunub.
"Ayın futbolçusu" nominasiyası Unibank və PFL arasında ötən ilin sentyabrında imzalanmış sponsorluq müqaviləsindən sonra bankın təşəbbüsü ilə təsis olunub.
Qeyd edək ki, Flavio Aleks Valensionun "Ayın futbolçusu" seçilməsi sorğuda iştirak edənlərin jurnalistlərin 36,4 faizinin dəstəkləməsi nəticəsində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB