"Neftçi"nin "Səbail"lə "Dalğa Arena"da 3-cü matçı

"Neftçi"nin "Səbail"lə "Dalğa Arena"da 3-cü matçı

"Neftçi” mayın 12-də Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Səbail” klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, "Dalğa Arena”da keçiriləcək oyun saat 19:00-da start götürəcək. Flaqman 2016-cı ildə yaradılmış paytaxt təmsilçisi ilə indiyədək 3 çempionat oyununda üz-üzə gəlib ki, bunların da hamısı bu mövsüm olub. "Neftçi" bu görüşlərdən 2-də qələbə qazanıb, 1-də məğlub olub. Top fərqi də "Neftçi"nin xeyrinədir - 6:1.

"Dalğa Arena”da keçirilmiş 2-ci tur oyununda minimal hesabla uduzan flaqman ikinci və üçüncü dövrə matçlarında qalib gəlib. "Dalğa Arena”da 4:0, "Bakcell Arena”da isə 2:0 hesablı qələbə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə