“Mançester Siti”nin futbolçusu Serxio Aquero yenidən İspaniya La Liqasında çıxış edə bilər. Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunun xidmətində sabiq komandası “Atletiko” maraqlıdır.
Madrid klubunun 29 yaşlı futbolçu ilə danışıqlara başladığı bildirilir. Aqueronun DÇ-2018-dən sonra qərar verəcəyi gözlənilir. Qeyd edək ki, Aquero 2006-2011-ci illərdə “Atletiko”da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB