TFF Arda Turana 16 oyunluq cəza verdi!

TFF Arda Turana 16 oyunluq cəza verdi!

Türkiyə Futbol Federasiyası (TFF) "Başakşehir" komandasının oyunçusu Arda Turanı 16 rəsmi matçda oynamaqdan məhrum edib. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Qeyd edək ki, Türkiyə Super Liqasının 32-ci turunda keçirilən "Başakşehir" - "Sivasspor" matçında Arda yan hakimin qərarına etiraz edib və onu itələyib. Nəticədə baş hakim ona qırmızı vərəqə göstərib. Bu qərardan sonra o, baş hakimin üstünə yeriyərək yumruğunu göstərməklə onu hədələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə