"Everton" Runini 17 milyon dollara satır

"Everton" Runini 17 milyon dollara satır

"Everton"un futbolçusu Ueyn Runinin "Di Si Yunayted"də keçidi baş tutmaq üzrədir. BBC-nin yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub. Razılığa əsasən, MLS təmsilçisi İngiltərə klubuna 12.5 milyon funt sterlinq (təxminən 17 milyon dollar) ödəyəcək.

Runin "Di Si Yunayted"lə 2020-ci ilin yayına kimi müqavilə imzalayacağı gözlənilir. Bu keçidin iyulda gerçəkləşəcəyi bildirilir. Qeyd edək ki, Runi 2017-ci ildə "Mançester Yunayted"dən "Everton"a transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə