"Barselona" Cənubi Afrikada yoldaşlıq görüşü keçirəcək

"Barselona" Cənubi Afrikada yoldaşlıq görüşü keçirəcək

"Barselona" Cənubi Afrika Respublikasında (CAR) yoldaşlıq görüşü keçirəcək. Klubun saytında yer alan xəbərə görə, qarşılaşma CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi münasibətilə təşkil ediləcək. Rəqib isə ölkə çempionu "Mamelodi Sandaunz" klubu olacaq.

Oyun mayın 16-da Yohannesburq şəhərindəki "Fest Naşenal Bank" stadionunda keçiriləcək. Bu arenada 2010-cu ildə dünya çempionatının finalı olub. Qeyd edək ki, "Mamelodi "Sandaunz"da "Qarabağ"ın maraqlandığı Xama Billiat oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə