Yığmamız qrupda son oyununu keçirib

Yığmamız qrupda son oyununu keçirib

2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3-cü turda Slovakiya komandası ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran yığmamız qrupda 2-ci yeri tutub. Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pillənin tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdır. Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq. Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.

YER

KOMANDALAR

O

Q

H

M

T/F

XAL

1

Slovakiya

3

2

1

0

8:3

7

2

Azərbaycan

3

1

1

1

3:1

4

3

Uels

3

1

0

2

2:7

3

4

Macarıstan

3

1

0

2

3:5

3

Bütün xəbərlər Facebook səhifəmizdə