"Monako”nun hücumçusu Radamel Falkao yayda İtaliya nəhənginə transfer ola bilər. SİA-nın məlumatına görə, 32 yaşlı Falkaonu "Milan" heyətinə cəlb etməkdə maraqlıdır. Əvəzində "Monako"ya portuqaliyalı Andre Silva təklif olunacaq.
Kolumbiyalı futbolçu cari mövsüm Fransa çempionatında 25 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib. Andre Silva isə 23 oyunda cəmi iki dəfə fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB