"Yuventus" ölkə kubokunu darmadağınla qazanıb

"Yuventus" ölkə kubokunu darmadağınla qazanıb

Futbol üzrə İtaliya kubokunun qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, final oyununda "Yuventus" və "Milan" üz-üzə gəlib. "Stadio Olimpiko" stadionunda keçirilən görüş Turin klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Yuventus" 12-ci dəfə ölkə kubokuna sahib olub.

"Yuventus" - "Milan" 4:0
Qollar:
Benatia, 56, 64; Kosta, 61; Kaliniç, 76 (avtoqol)

Bütün xəbərlər Facebook səhifəmizdə