Real”ın futbolçusu “İnter” ə keçir?

Real”ın futbolçusu “İnter” ə keçir?

Real”ın futbolçusu Mateo Kovaçiç yenidən İtaliyaya qayıda bilər. “Correire dello Sport”un yaydığı xəbərə görə, “İnter” sabiq futbolçusunu heyətinə cəlb etmək istəyir. Artıq Madrid klubu ilə danışıqlara başlanıldığı bildirilir.

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi 2013-2015-ci illərdə Milan təmsilçisində çıxış edib. Onun “Real”la 3 illik müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə