Mövsümün sonunda "Yuventus"dan ayrılacağını açıqlayan Ştefan Lixtştayner haqda yeni iddia ortaya atılıb. SİA-nın məlumatına görə, Almaniya mətbuatı 34 yaşlı futbolçunun Dortmundun "Borussiya" klubuna transfer olacağını yazıb. İsveçrəli sağ cinah müdafiəçisinin "Borussiya" ilə ilkin razılığa gəldiyi qeyd edilib. Tərəflər arasında 1 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Lixtştayner 2011-ci ildən “Yuventus”da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB