Premyer Liqanı tərk edən ikinci komanda müəyyənləşib

Premyer Liqanı tərk edən ikinci komanda müəyyənləşib

İngiltərə Premyer Liqasını tərk edən ikinci komanda müəyyənləşib. SİA-nın məlumatına görə, “Vest Bromviç Albion” Çempionşipə düşüb. 31-ci turdan təxirə salınmış oyunda “Suonsi Siti”yə 1:0 hesabı ilə qalib gələn “Sauthempton” Premyer Liqada qalmaq uğrunda vacib 3 xal əldə edib. Bu oyunun nəticəsinə görə “Vest Bromviç” “Stok Siti”nin ardından elitanı tərk edən komanda olub.

Son turda “Sauthempton” (36 xal), “Haddersfild” (36 xal) və “Suonsi Siti”nin (33 xal) taleyinə aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə