Yığmamız qələbə qazanıb

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirdə ikinci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb. Komandamızın qollarını Tural Bayramov, Emil Qasımov və Elnur İbrahimov vurub.

Qeyd edək ki, Azərbaycan yığma komandası qrupda son oyununu mayın 10-da Slovakiyaya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə