Ümummilli Lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən “Xalqa həsr edilmiş ömür” devizi altında təşkil olunmuş mini-futbol turnirinə yekun vurulub. SİA-nın verdiyi məlumata görə, ərazi ilk partiya təşkilatları arasında keçirilən turnirin final görüşündə “Rayon Təhsil Şöbəsi” və “Bədəlan” komandaları qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasının əsas və əlavə vaxtı 2-2 yekunlaşmış, 7 metrlik zərbələrdə Bədəlan komandası daha dəqiq olaraq 3-1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Komandalarnın mükafatlandırılmasında YAP Masallı Rayon təşkilatının Sədri Seyfəddin Əliyev iştirak edib.
YAP Masallı rayon təşkilatının Sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçışı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətindən ətraflı məlumat verib və turnirin qalibi olmuş “Bədəlan” komandasını təbrik edib.
Sonda turnirin final mərhələsində qarşılaşmış komandalara YAP Masallı Rayon təşkilatının Fəxri Fərmanı, qiymətli hədiyyələri və pul mükafatları verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB