Balotelli hakimləri təhqir edib

Balotelli hakimləri təhqir edib

Futbol üzrə Fransa Liqa 1-in 36-cı turunda səfərdə"Marsel"ə 1:2 hesabı ilə uduzan "Nays”ın hücumçusu Mario Balotelli matçdan sonra işlətdiyi ifadələrlə diqqət mərkəzinə düşüb. SİA-nın məlumatına görə, oyunda komandasının yeganə qoluna imza atan italiyalı hücumçu, qarşılaşmanın ardından matçın hakimlərindən şikayətlənib. O, paltardəyişmə otağına gedən tuneldə ədalət təmsilçilərinin ünvanına qeyri-etik ifadələr işlədib. Balotelli bu sözlərinə görə yerli federasiya tərəfindən cəza landırıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə