Ronaldo "Liverpul"a qarşı oynayacaq?

Ronaldo "Liverpul"a qarşı oynayacaq?

"Real"ın futbolçusu Kriştiano Ronaldonun son durumu müəyyənləşib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən portuqaliyalı hücumçunun durumunun ciddi olmadığı bəlli olub. Onun La Liqanın son iki turu - "Sevilya" və "Selta" ilə görüşləri buraxacağı bildirilib. Ancaq Ronaldo Çempionlar Liqasının finalında "Liverpul"la oyuna kimi hazır olacaq.

Qeyd edək ki, Ronaldo La Liqanın 36-cı turunda "Barselona" ilə matçda zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə