Dünyada tanınmış müğənni Azərbaycan Kubokunun finalında

Dünyada tanınmış müğənni Azərbaycan Kubokunun finalında

Futbol üzrə Azərbaycan Kubokunun final matçına dəvət olunan məşhur simalardan biri müəyyənləşib. SİA-nın məlumatına görə, mayın 28-də keçiriləcək finalda rumıniyalı müğənni Seeya da iştirak edəcək.

"Chocolata" (Papito) mahnısı ilə məşhurlaşan Seeya Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmadan öncə azarkeşlərə konsert verəcək. Seeyanın çıxışı Keşlə - Qəbələ oyunundan 1 saat əvvəl – 19:00-da başlayacaq.

Qeyd edək ki, final matçı saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə