“El Klassiko”da heç-heçə

İspaniya La Liqasında 36-cı turun oyunları keçirilib. SİA-nın məlumatına görə, turun mərkəzi matçında “Barselona” və “Real” üz-üzə gəlib. Mövsümün son “El Klassiko”sunda qalib aşkarlanmayıb.

"Barselona" erkən qola sevinsə də, "Real"ın cavabı çox gecikməyib. İlk yarının sonlarında Kataloniya klubu azlıqda qalıb. Lakin "Real" say üstünlüyündən yararlana bilməyib. Birinci hissədə olduğu kimi, fasilədən sonra da tərəflər hərəyə 1 dəfə fərqləniblər - 2:2.

İspaniya La Liqası
36-cı tur

6 may
“Barselona” - “Real” 2:2
Qol
lar: Suarez, 10 (1:0), Ronaldo, 14 (1:1), Messi, 52 (2:1), Beyl, 72 (2:2)
Qırmızı vərəqə: Roberto, 45+3 (“Barselona”)

Bütün xəbərlər Facebook səhifəmizdə