Yeniyetmə velosipedçimiz Türkiyədə çempion oldu

Yeniyetmə velosipedçimiz Türkiyədə çempion oldu
Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız mayın 5-6-da Türkiyənin Ordu şəhərində təşkil olunan ölkə çempionatında uğurla çıxış ediblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.

Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib. O, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçmişdi.

Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olub və bürünc medala layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня