Masallıda mini-futbol turniri keçirilib

Masallıda mini-futbol turniri keçirilib

Xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Olimpiya Kompleksində “Xalqa həsr edilmiş ömür” devizi altında mini-futbol turnirinə start verib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, ölkəmizin hər bir bölgəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbirlərin keçirildiyini bildirib.

Seyfəddin Əliyev dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması istiqamətindəki xidmətlərindən söz açaraq bildirib ki, Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır: "Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Seyfəddin Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə eləcədə idman sahəsində aparılan uğurlu islahatlardan söz açmış və turnirdə iştirak edən komandalara müvəffəqiyyətlər arzulayıb.

Turnirin açılış mərasimində iştirak edən Gənclər İdman İdarəsinin rəisi Camal Manafov bütün komandalara uğurlar arzulayıb.

Əlihüseyn ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə