Gökdəniz Qaradəniz mövsümün sonunda karyerasını bitirəcək

Gökdəniz Qaradəniz mövsümün sonunda karyerasını bitirəcək

"Rubin"in türk futbolçusu Gökdəniz Qaradəniz mövsümün sonunda karyerasını başa vuracaq. SİA-nın xəbərinə görə, 38 yaşlı futbolçu bununla bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. Gökdəniz Qaradənizin 61 nömrəli forması əbədiləşdiriləcək. Hücumçu Kazan klubunda 2 dəfə Rusiya çempionluğunu, Rusiya kubokunu və 2 dəfə də Super kuboku qazanıb.

Gökdəniz "Rubin"in heyətində 299 oyun keçirib, 52 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə