"Neftçi” mayın 6-da Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Qarabağ” klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, "Azərsun Arena”da keçiriləcək oyun saat 19:00-da start götürəcək. Flaqman Ağdam təmsilçisi ilə indiyədək 71 çempionat oyununda üz-üzə gəlib. "Neftçi" bu görüşlərdən 18-də qələbə qazanıb, 27-də məğlub olub, 26 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Qarabağ”ın xeyrinədir - 76:63.
Bu mövsümün geridə qalan hissəsindəki oyunlara gəlincə, "Neftçi" ilk iki görüşdə meydanı məğlub tərk edib. "Bakcell Arena”da 1:3, "Azərsun Arena”da isə 0:1 hesabı qeydə alınıb. Bu il martın 14-də "Bakcell Arena”da keçirilmiş üçüncü dövrə matçında isə qapılara qol vurulmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB