Xəbər verdiyimiz kimi, Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulurlar.
Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Georgi Edişeraşvili (57 kq) bolqarıstanlı Mikyay Salim Naimlə, Hacı Əliyev (65 kq) Avstriya güləşçisi Qabriel Yanatşla, Murtuz Müslümov (70 kq) almaniyalı Aleksandr Semisorovla, Cəbrayıl Həsənov (79 kq) Ukrayna təmsilçisi Rüstəm Dudayevlə, Nurməhəmməd Hacıyev (97 kq) isə ermənistanlı Georgi Ketoyevlə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB