Güllə atıcılığı üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, yarış Tibilisi şəhərində baş tutacaq. Yarışda Azərbaycan yığma komandası da iştirak edəcək. Ölkəmizi yarışda 13 idmançı təmsil edəcək. Turnirə Azərbaycanın təcrübəli idmançıları İradə Aşumova və Nigar Bağırova da qatılacaq.
Qeyd edək ki, yarış noyabrın 16-dan 19-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB