Marek Hamşik Neapolun fəxri vətəndaşı olacaq

Marek Hamşik Neapolun fəxri vətəndaşı olacaq

Futbolçu Marek Hamşik Neapol şəhərinin fəxri vətəndaşı olacaq. SİA-nın xəbərinə görə, bu barədə slovakiyalı yarımmüdafiəçinin agenti Martn Petras məlumat yayıb. O, təcrübəli futbolçunun Çin klubundan təklif almasını da inkar edib: "İndi hər kəs "Napoli"nin layihəsinin bitməsinə inanır. Amma bunlar şaiyələrdir. Hamşikin məqsədi hər zaman bu klubda qalmaq olub. Ona başqa cür gələcək təsəvvür etmirəm".

Qeyd edək ki, daha öncə Diyeqo Maradona da Neapol şəhərinin fəxri vətəndaşı adını almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə