Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturu start götürüb. 23 komandanın mübarizə apardığı yarışda kontinental velosiped komandamız “Synergy Baku” 6 idmançı ilə təmsil olunur. SİA-nın məlumatına görə, komandamız Moskvaya Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevdən ibarət heyətlə yollanıb.
Birinci mərhələdə ən yüksək nəticəyə K. Pozdnyakov imza atıb. O, 156,8 kilometr məsafəni 3-cü sırada tamamlayıb.
Mayın 4-də keçiriləcək ikinci mərhələdə iştirakçılar 163.2 kilometr məsafə qət edəcəklər. Yarışa mayın 6-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB