Avropa Liqasının finalçıları məlum olub

Avropa Liqasının finalçıları məlum olub

Fubol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. SİA-nın məlumatına görə, "Atletiko" evdə "Arsenal"a 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün Madrid klubu finala yüksəlib.

Digər görüşdə isə "Zalsburq" "Marsel"i 2:1 hesabı ilə məğlub edib. Lakin iki oyunun nəticəsinə görə, 3:2 hesabı ilə qalib gələn "Marsel" finala yüksəlib.

Avropa Liqası

Yarımfinal, cavab oyunları

3 may

“Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə) - 1:0

Qol: Dieqo Kosta, 45+2

İlk oyun: 1:1

“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) - 2:1 (əlavə vaxt)

Qollar: Haydara, 53, Şaqler, 65 - Rolando, 116

İlk oyun: 0:2

Bütün xəbərlər Facebook səhifəmizdə