Ölkəmizdə daha bir beynəlxalq yarış keçiriləcək

Ölkəmizdə daha bir beynəlxalq yarış keçiriləcək

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının təşkilatçılığı ilə mayın 25-27-də İçərişəhərdə, eləcə də Şabran rayonunun Qalaaltı və Xaçmaz rayonunun Nabran meşə zolaqlarında səmti müəyyənetmə idmanı üzrə beşinci beynəlxalq kubok yarışı keçiriləcək.

Federasiyanın məlumatında deyilir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə fərdi və komanda hesabında mübarizə aparılacaq. Yarışda Azərbaycandan başqa, Türkiyə, Belçika, Norveç, Böyük Britaniya, İsrail, Yeni Zelandiya, Çin, Ukrayna, Gürcüstan, Sloveniya, Rusiya, Xorvatiya, Kamerun və digər ölkələrdən olan idmançıların iştirakı gözlənilir.

Beynəlxalq kubok yarışının keçirilməsinin məqsədi səmti müəyyənetmə idmanının kütləviləşməsi, sağlam həyat tərzinin və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verilməsi, idmanın bu növü üzrə milli komanda üçün ehtiyat atletlərin formalaşdırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə