"Yuventus"un yarımmüdafiəçisi Paulo Dibala mövsümün sonunda İtaliyadan ayrıla bilər. "Bild" nəşrinin yazdığına görə, "Bavariya" argentinalı futbolçunun xidmətində maraqlıdır. Hücum xəttini gücləndirmək istəyən Münhen klubu Dibalanı bu yay heyətinə qatmaq niyyətindədir. Almanların ulduz futbolçu üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazır olduqları bildirilir. Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB