“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Tərtərdə

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Tərtərdə

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində AFFA-nın və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 may 2018-ci il tarixdə Tərtər rayonunda Şəxarx qəsəbəsində 2 saylı tam orta məktəbin idman zalında 12-14 yaşlı yeniyetmələr arasında futbol festivalı keçirilmişdir.

Tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayonundan seçilmiş millət vəkil Sahib Alıyev, Yevlax rayonundan seçilmiş millət vəkili İlham Məmmədov Milli QHT Forumunun prezidenti Zeyni Rauf və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Millət vəkilləri Sahib Alıyev, İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Zeyni Rauf çıxış etdilər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə