"Marsel" klubu 26 yaşlı hücumçu Buna Sarrla yeni müqavilə imzalayıb. SİA-nın məlumatına görə, sözləşmə 2022-ci ilin yayına kimi qüvvədə olacaq.
"Marsel"ə gəlməyimdən 2 ildən çox vaxt ötməsinə inanmaq olmur. Klubun müqaviləmi yeniləməsi çox xoşdur. Bu, işimə dəyər verilməsi deməkdir. Hazırki layihənin bir parçası olmağa şadam. İndi mövsümü uğurla başa vurmalıyıq ki, azarkeşləri sevindirək",-deyə Sarr bildirib.
Qeyd edək ki, bu mövsüm hücumçu Fransa Liqasında 26 oyuna çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB