Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, çempionatda yunan-Roma güləşi yarışları başa çatıb. Yığma komandamız yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara isə Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) layiq görülüb.
Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB