Futbol üzrə UEFA Çempionlar Liqasında ikinci finalçının adı məlum olub. Belə ki, cavab matçında “Roma” və “Liverpul” üz-üzə gəliblər. Dramatik məcrada keçən görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk oyunda rəqibini 5:2 hesabı ilə üstələyən İngiltərə təmsilçisi finala yüksəlib.
"Real" - "Bavariya" matçında olduğu kimi bu oyunda da kobud hakim səhvi qeydə alınıb. Sloveniyalı referi Damir Skomina meydan sahiblərinin iki penaltisini verməyib.
Qeyd edək ki, "Liverpul" mayın 26-da Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən finalda “Real”la üz-üzə gələcək. "Liverpul" 10 ildən sonra, "Real" isə ardıcıl 3-cü il finalda oynayacaq.
2 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
"Roma" (İtaliya) - "Liverpul" (İngiltərə) - 4:2
Qollar: Sadio Mane, 9 (0:1), Ceyms Milner, 15-avtoqol (1:1), Vaynaldum, 25 (1:2), Edin Dzeko, 52 (2:2), Raca Nainqolan, 86 (3:2), 90+4-pen. (4:2)
İlk oyun - 2:5
Baş hakim: Damir Skomina (Sloveniya)
Roma. "Olimpiya" stadionu
1 may
“Real” (İspaniya) - “Bavariya” (Almaniya) - 2:2
İlk oyun - 2:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB