“Mançester Yunayted”in hücumçusu Antoni Marsyal karyerasını İngiltərənin bir digər klubunda davam etdirə bilər. Bu barədə “Telepraph” yazır. Məlumatda deyilir ki, “Çelsi” fransızın xidmətində maraqlıdı.
Komandanın sahibi Roman Abramoviç yayda transferlərə böyük məbləğ xərcləmək niyyətindədi. Ancaq komanda Çempionlar Liqasından uzaq qalacağı təqdirdə, rus iş adamı komandanın maliyyə feyr-pleyi qaydalarını pozmaması üçün əlindəki güclü isimləri satmağı belə, planlaşdırır. “İcarə siyasəti” də dar gündə “zadəganlar”ın işinə yaraya bilər. London klubu icarədəki oyunçuları sataraq, ən azı 100 milyon funt sterlinq gəlir əldə edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB