"Beşiktaş" Alvaro Neqredo ilə yolları ayırmağı planlaşdırır

"Beşiktaş" Alvaro Neqredo ilə yolları ayırmağı planlaşdırır

"Beşiktaş" mövsümün sonunda futbolçusu Alvaro Neqredo ilə yolları ayırmağı planlaşdırır. SİA-nın məlumatına görə, klub rəhbərliyi gözlənilən oyunu sərgilməyən ispaniyalı hücumçunun meneceri ilə danışaraq ona başqa komanda tapmasını bildirib.

Neqredoya İngiltərə, İspaniya və Çindən təkliflər gəlib.

Qeyd edək ki, ötən ildən İstanbul klubunda çıxış edən 32 yaşlı forvard bu mövsüm Superliqada 31 oyuna 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə