"Yuventus" "Milan"ın futbolçusunu transfer etmək istəyir

"Yuventus" "Milan"ın futbolçusunu transfer etmək istəyir

"Milan"ın yarımmüdafiəçisi Cakomo Bonaventura karyerasını A Seriyanın başqa təmsilçisində davam etdirə bilər. SİA-nın məlumatına görə, futbolçunun xidmətində "Yuventus" maraqlıdır. "Rossonerlər"in transfer üçün 25 milyon avro istədiyi qeyd olunur.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi cari mövsümdə 30 oyunda meydana çıxıb və 7 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə