Argentina çempionatı başqa formatda keçiriləcək

Argentina çempionatı başqa formatda keçiriləcək

Argentina Futbol Federasiyası ölkə çempionatının formatını dəyişəcək. SİA-nın məlumatına görə, bu barədə federasiya prezidenti Xulyo Qrondon məlumat verib. Onun sözlərinə görə, yeni sistemdə Apertura və Klasura sistemindən istifadə olunmayacaq.  "Ölkə çempinatının Apertura və Klasura sisteminin faydasız olduğu illərlə özünü göstərməkdədi. Bu iki mərhələdə komandalar cəmi 19 oyun keçirirlər. Biz oyunların sayını çoxaltmalıyıq. Hazırda bütün Cənubi Amerikada Avropadakı sistemə keçid haqda düşünürlər", - deyən federasiya prezidenti Apertura və Klasuranın əvəzinə dörddövrəli sistem tətbiq olunacağını vurğulayıb.

Yeni sistemə görə, çempionat ərzində bir klub 38 oyun keçirəcək. Yeni sistemə isə yeni mövsümdən - 2011-ci ilin avqustundan start veriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə