“Sumqayıt” hazırlıqlara start verib

“Sumqayıt” hazırlıqlara start verib

Ötən tur “Səbail”lə qarşılaşan “Sumqayıt” istirahətin ardından “Kəpəz”lə oyunun hazırlıqlarına start verib. SİA-nın məlumatına görə, Samir Abasovun komandası “Kapital Bank Arena”da məşqə çıxıb.

Zədəsi olan Rəşad Eyyubov məşq prosesində iştirak etməyib. Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Kəpəz” -“Sumqayıt” qarşılaşması mayın 4-də saat 16:00-da Gəncə Şəhər Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə