Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar YAP Oğuz rayon təşkilatı tədbirlər planı hazırlayıb. Buna uyğun olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Oğuz rayon Uşaq Gənclər İdman Şahmat məktəbində rayonun şahmat fənni tədris olunan pilot məktəblərində oxuyan II-IV sinif şagirdləri arasında şahmat birinciliyi keçirilib.
Turnirdə 8 pilot məktəbindən 43 məktəbli iştirak edib. Turniri Oğuz rayon UGİŞM-nin direktoru Nizami Hüseyni açaraq, yarışın əhəmiyyətindən, məktəbin idmançılarının respublika və zona yarışlarında əldə etdiyi uğurlardan danışıb. Oğuz rayon icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov turnirin açılış mərasimində çıxış edərək, gənc şahmatçılara uğurlar arzulayıb. Gərgin şəraitdə keçən şahmat birinciliyi uğrunda mübarizədə İ. Rəhimov adına Qumlaq kənd tam orta məktəbin gənc şahmatçıları komanda hesabı ilə I yerə çıxaraq, turnirin qalibi hesab edilib. Oğuz şəhər 3 nömrəli məktəb-liseyin komandası II yerə, Xaçmaz 1 nömrəli tam orta məktəbin komandası isə III yerə çıxıb.
Qalib komandalara Oğuz rayon icra hakimiyyətinin, Oğuz rayon Təhsil Şöbəsinin, YAP Oğuz rayon təşkilatının fəxri fərmanlarının, diplomlarının və qiymətli hədiyyələrinin verilməsi nəzərdə tutulub.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB