Sabah 1996/97-ci il təvəllüdlü oğlan otüstü hokkeyçilər arasında Bakı şəhərinin açıq birinciliyi start götürəcək. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda Sumqayıt şəhərinin UGİM və "Təhsil", habelə paytaxtın "Atasport-Binə" və "Təhsil"komandaları dairəvi sistemlə 4 gün mübarizə aparacaqlar. Yekunda Bakı çempionu ilkin mərhələdə I və II yerləri tutan komandalar arasında keçiriləcək əlavə oyunda müəyyənləşəcək. Bürünc mükafatların sahibinin kimliyinə isə yarışı III və IV yerlərdə başa vuran iştirakçıların əlavə qarşılaşmasında aydınlıq gətiriləcək. Paytaxt birinciliyinin qalibinə Bakı şəhər Gənclər və İdman baş İdarəsinin xatirə hədiyyələri, eləcə də diplom və medallarla təltif olunacaqlar. 2-ci və 3-cü yerləri tutan komandalara da diplom və medallar təqdim olunacaq. Bunlardan əlavə 3 nominasiya üzrə yarışın ən yaxşı oyunçuları da mükafatlandırılacaq. Onu da xatırladırıq ki, Bakının açıq birinciliyində oyunlar hər gün saat 13.00 və 14.00-da başlayacaq. Mükafatlandırma mərasimi noyabrın 15-də saat 15.00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB