"Neftçi"nin iki komandası 1/4 finala vəsiqə qazanıb

"Neftçi"nin iki komandası 1/4 finala vəsiqə qazanıb

"Neftçi” Futbol Akademiyasının iki komandası ölkə çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. SİA-nın məlumatına görə, 11 və 13 yaşadək futbolçulardan ibarət komandalar 1/8 finalın ilk oyununda olduğu kimi, cavab qarşılaşmasında da qalib gəliblər.

Coca-Cola U-13 Liqası: "Neftçi” – "Quba OİK” 6:0

Qollar: Nəbi Hacıyev (2), Ramiz Muradov, Yusif Əliyev, Ömər Qurbanov, Rüfət Abbasov.

U-11 Liqası: "Şərur” (Naxçıvan) – "Neftçi” 0:8

Qollar: Rza Əlizadə (3), Vüsal Kərimov (2), Amin Muradov, Murad Məmmədov, Əli Aslanzadə.

Qeyd edək ki, U-14, U-12 və U-10 komandalarının 1/8 final mərhələsindəki cavab oyunları sabah olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə