"Bavariya”nın futbolçusu "Real"ın üzvlərini təhqir edib

"Bavariya”nın futbolçusu "Real"ın üzvlərini təhqir edib

“Real Madrid” səfərdə 2:1 hesabı ilə qalib gəldiyi “Bavariya” ilə ev oyununda heç-heçə edib - 2:2. Bu nəticə İspaniya klubunu finala yüksəldib. SİA-nın məlumatına görə, “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal oyundan sonra rəqib futbolçuları təhqir edib.

“Real Madrid”in qapısına təyin olunmayan penalti epizoduna kobud formada şərh verən çilili futbolçu şəxsi "Instagram" səhifəsində foto yerləşdirərək, futbolçuları "siçanlar" adlandırıb. O, daha sonra paylaşımı silib.

Bütün xəbərlər Facebook səhifəmizdə