Bakıda həndbol üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda həndbol üzrə beynəlxalq turnir keçiriləcək

Mayın 9-dan 11-dək Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək. SİA-ya verilən məlumata görə, yarışda Azərbaycan və Gürcüstanın kişi həndbol komandaları mübarizə aparacaqlar.

Ölkəmizi turnirdə “Bakı” və “Məhsul” kollektivləri təmsil edəcəklər. Həndbolçularımızın rəqibləri isə Gürcüstanın U-20 və “Batumi” komandaları olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə